Türkiyə çempionu "Qalatasaray" heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, klub "İnter"in müdafiəçisi Benjamin Pavarda elçi düşüb.
Bu barədə məlumatı "Fotomaç" yayıb.
Xəbərdə klublar arasında danışıqların davam etdiyi bildirilir.Türkiyəlilər futbolçunu icarə əsasında heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, fransalı futbolçunun klubu ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur.
Kamil Xudiyev