"Qalatasaray"ın Alvaro Moratanın "Komo"ya transferindən qazandığı məbləğ müəyyənləşib.
Fanat.Az xəbər verir ki, klub Moratanın transferindən 5 milyon avro məbləğində gəlir əldə edib.
Bu barədə məlumatı Fabritsio Romano yayıb.
İspaniyalı ulduzun "Komo"ya keçidi futbolçunun karyerasında yeni bir mərhələ olaraq qiymətləndirilir.
"Qalatasaray" rəhbərliyi bu transferdən əldə olunan gəlirin gələcək transfer planları üçün istifadə olunacağını bildirir. Azarkeşlər isə komandalarının həm maliyyə, həm də oyun baxımından güclənməsini səbirsizliklə izləyir.
Kamil Xudiyev