"Qalatasaray" Barış Alper üçün gələn 20 milyonluq təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, "Qalatasaray" rəhbərliyi "Bolonya" klubunun Barış Alper Yılmaz üçün təqdim etdiyi 20 milyon avroluq rəsmi təklifi qəbul etməyib.
Bu barədə məlumatı türkiyəli jurnalist Ertan Süzgün yayıb.
İstanbul təmsilçisi məbləği yetərsiz hesab edərək danışıqları davam etdirmək istəməyib.
Türkiyə çempionu, son mövsümdə yüksək performans göstərən 24 yaşlı hücumçunun transfer dəyərinin bundan daha çox olduğunu düşünür. Klub mənbələrinə görə, "Qalatasaray" Barış Alper üçün ən azı 30 milyon avro civarında gəlir əldə etməyi hədəfləyir.
Qeyd edək ki, milli futbolçu geridə qalan mövsümdə “sarı-qırmızılılar”ın heyətindəki çıxışı Avropanın bir sıra tanınmış klublarının diqqətini cəlb edib.
Kamil Xudiyev