"Qalatasaray" İkardi ilə bağlı qərarını verdi

"Qalatasaray" İkardi ilə bağlı qərarını verdi

"Qalatasaray" hücumçusu Mauro İkardi ilə müqavilə yeniləmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı forvardın müqaviləsinin müddətini 2 illik artırmaq üçün hərəkətə keçib.

Bu barədə məlumatı "Milliyet" yayıb.

Hazırda hər mövsüm üçün 6 milyon avro qazanan İkardiyə klub tərəfindən eyni şərtlərlə yeni təklif təqdim ediləcək.

"Sarı-qırmızılar" 31 yaşlı ulduzun komandada qalmasını prioritet sayır və tərəflər arasında danışıqların yaxın günlərdə yekunlaşması gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər