Türkiyə nəhəngi "Qalatasaray" yeni mövsümün hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, klub öz yetirməsi olan Yunus Akgünlə yeni uzunmüddətli müqaviləyə imza atıb.
Bu barədə məlumatı türkiyəli jurnalist Ertan Süzgün yayıb.
İstanbul təmsilçisi 24 yaşlı futbolçu ilə 2029-cu ilə qədər razılaşma əldə edib.
Gənc hücumçunun maaş şərtləri və müqavilədəki əlavə maddələr barədə isə hələlik rəsmi açıqlama verilməyib.
Kamil Xudiyev