"Qalatasaray" Barış Alper Yılmaz ilə yeni müqavilə imzaladı

"Qalatasaray" Barış Alper Yılmaz ilə yeni müqavilə imzaladı

"Qalatasaray" daxili transfer siyasəti çərçivəsində mühüm bir addım atıb.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi milli futbolçu Barış Alper Yılmaz ilə olan mövcud müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb.

Bu barədə məlumatı "Aspor" yayıb.

Futbolçu son mövsümdə göstərdiyi performansla Avropa nəhənglərinin diqqət mərkəzinə düşmüşdü.

Qeyd edək ki, Barışın transfer dəyəri 21 milyon avrodur.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər