Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Şamaxı"ya 0:1 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov oyun barədə fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb: "Məğlub olmamalıydıq. Futbol elədir ki, əlinə düşən imkanları dəyərləndirə bilmirsənsə, uduzmaq təhlükəsi realdır. İlk yarıda şanslarımız var idi. Fasilədən sonra da tirdən dönən topumuz oldu. Qolu ani diqqətsizlikdən buraxdıq, oyuna nəzarət bizdə idi. Rəqibi təbrik edirəm. "Şamaxı"nı təbrik edirəm. Sevinirlər, amma hələ ki bizi keçməyiblər. Qarşıda çox oyunlarımız var. Sosial şəbəkələrdə çoxsaylı tənqidlər, iradlar səsləndirilir. Onlar bizim azarkeşlərdirsə, gəlib 10 minlik stadionumuzu doldursunlar. Bizim dəstəyə ehtiyac var. Momo və Ronaldo komandaya gec qoşulublar, onlara vaxt lazımdır. Mən futbolçularımdan gileylənmirəm. Onları tez bir zamanda hazır edəcəyik. Komandamdan razıyam, qol epizodları yaradırıq, müdafiədə də işlər qaydasındadır. Sadəcə, bitiricilik çatmır. Bir keçmiş hücumçu kimi, bu problemi də aradan götürəcəyəm və sindroma son qoyacağıq". Mirağa
"Onlar bizim azarkeşlərdirsə, gəlib 10 minlik stadionu doldursunlar" - Vaqif Cavadov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı