"Musialanın zədəsi yaxşı görünümür" - "Bayern" rəsmisindən bədbin proqnoz

"Musialanın zədəsi yaxşı görünümür" - "Bayern" rəsmisindən bədbin proqnoz

"Bayern Münhen"in yarımmüdafiəçisi Camal Musiala xəstəxanaya yerləşdirilib. 

Fanat.Az xəbər verir ki, bu, Bundesliqanın 28-ci turunun “Auqsburq”la oyunundan (3:1) sonra baş verib.

Komandasının ilk qolunun müəllifi olan Musiala 54-cü dəqiqədə zədələnərək əvəzlənib. 

"Bayern"in idman direktoru Maks Eberl futbolçunun zədəsinin çox da yaxşı görünmədiyini bildirib. "Bild" klub funksionerinin dediklərini belə çatdırıb:

"Musialanın zədəsi təəssüf ki, yaxşı görünmür. O, növbəti oyunu buraxacaq".

Qeyd edək ki, "Bayern" növbəti oyununu Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində İtaliya "İnter"inə qarşı keçirəcək. Matçı aprelin 8-də Almaniyada keçiriləcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər