"Milan" keçmiş yarımmüdafiəçisini geri qaytarır

"Milan" keçmiş yarımmüdafiəçisini geri qaytarır

"Nyukasl"ın mərkəz yarımmüdafiəçisi Sandro Tonali "dumanlı Albion"u vaxtından əvvəl tərk edə bilər.

Fanat.Az xəbər verir ki, onun "sağsağanlar"dan əvvəl formasını geyindiyi "Milan"a qayıdacağı gözlənilir. 

Məlumatı "Todofichajes" yayıb. Mənbənin məlumatına görə, "rossonerilər" yay transfer pəncərəsində 24 yaşlı futbolçunu transfer etməyə cəhd edəcək. 

Tonalinin Premyer Liqa klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. 

Futbolçunun bazar dəyəri 38 milyon avro olaraq qiymətləndirilir. 

Sandro Premyer Liqanın cari mövsümündə 25 oyun keçirib. Yarımmüdafiəçi 1 qol vurub, 1 məhsuldar ötürmə edib və 5 sarı vərəqə alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər