"Mənə görə dünyanın ən yaxşı futbolçusu Messidir" - "Real"ın yeni transferi

"Mənə görə dünyanın ən yaxşı futbolçusu Messidir" - "Real"ın yeni transferi

İspaniyanın köklü klublarından "Real Madrid" heyətini gücləndirib.

Fanat.Az xəbər verir ki, "kral" klubu gənc istedad Franko Mastantuononu heyətinə qatıb.

Argentinalı futbolçu artıq “kral klubu” ilə rəsmi müqavilə imzalayıb.

Transferdən sonra açıqlama verən Mastantuono bildirib: “Mənim üçün dünyanın ən yaxşı futbolçusu Messidir. Mən argentinalıyam və bu, mənim üçün qürur mənbəyidir.”

18 yaşlı futbolçunun bu fikirləri azarkeşlər arasında böyük rezonans doğurub.

Qeyd edək ki, futbolçunun son klubu "River Pleyt" olmuşdur.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər