"Liverpul"un misirli ulduzu Məhəmməd Salah Premyer Liqa yarışında favoritin “Arsenal” olduğunu deyib.
Fanat.Az xəbər verir ki futbolçunun bu fikirləri böyük rezonans doğurub:
"Məncə bu ilki favorit "Arsenal"dır. Onların futbolçuları artıq 5 ildir bir yerdə çıxış edirlər və bu, komandanın oyun ahəngini və effektivliyini artırır.Onlara uğurlar arzu edirəm.Sadəcə komandam üçün çalışacam"
Futbolçu həmçinin Premyer Liqanı maraqlı və rəqabətli yarış adlandırıb, hər komandaya maksimum performans arzulayıb.
Kamil Xudiyev