"Mançester Siti" 7 futbolçunu satmağa qərar verdi - ADLAR

"Mançester Siti" 7 futbolçunu satmağa qərar verdi - ADLAR

“Mançester Siti” rəhbərliyi və baş məşqçisi Xosep Qvardiola bu yay komandada kütləvi təmizləmə aparmağı qərara alıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Star” yayıb. 

Mənbənin məlumatına görə, İngiltərə nəhəngi eyni anda 7 futbolçunu satmağı planlaşdırır. Kevin De Bröyne, Bernardu Silva, İlkay Gündoğan, Mateo Kovaçiç, Con Stones, Ederson və Cek Qrilişin cari mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Qvardiolanın bu qış heyətə cəlb olunan yeni transferlərə - Niko Qonsales, Abdukodir Xusanov, Ömər Marmuş və Vitor Reysə daha çox oynamaq şansı vermək istədiyi bildirilir.

Qeyd edək ki, “Mançester Siti” ÇL-in pley-off mərhələsinin hər iki oyununda “Real”a uduzaraq (2:3, 1:3) avrokubok mübarizəsini erkən başa vurub. 

Qvardiolanın komandası hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər