"Kristal Pelas" "Liverpul"u məğlub edərək kubokun sahibi oldu

"Kristal Pelas" "Liverpul"u məğlub edərək kubokun sahibi oldu

"Kristal Palas" penaltilərdə "Liverpul"u məğlub edərək "Community Shield"ın qalibi olub.

Fanat.Az xəbər verir ki, İngiltərədə mövsümöncəsi ənənəvi "Community Shield" oyunu "Uembli" stadionunda "Kristal Pelas" və "Liverpul" arasında baş tutub.

Gərgin və bol qollu keçən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb, qalib penaltilərdə müəyyənləşib.

Oyuna sürətli başlayan "Liverpul"artıq 4-cü dəqiqədə yeni transferi Huqo Ekitike ilə hesabı açıb. Qısa müddət sonra, 17-ci dəqiqədə "Kristal Pelas"ın hücumçusu Mateta penalti zərbəsi ilə tarazlığı bərpa edib. Cəmi dörd dəqiqə sonra Yeremi Frimponqun qolu “qırmızılar”ı yenidən önə çıxarıb.

İkinci hissədə üstünlüyü qorumağa çalışan "Liverpul" 77-ci dəqiqədə İsmaila Sarrın möhtəşəm zərbəsi qarşısında aciz qalıb və matç penaltilərə gedib.

Həlledici seriyada "Liverpul"dan Mohamed Salah, Aleksis Mak Allister və Harvi Eliot şanslarını qaçırıb. "Kristal Pelas" isə Mateta, Sarr və gənc futbolçu Castin Devennin dəqiq zərbələri sayəsində 2025-ci il "Community Shield"ın qalibi olub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər