"Fənərbağça"ya PSJ-dən üçüncü transfer

"Fənərbağça"ya PSJ-dən üçüncü transfer

Yeni mövsümdən çempionluq hədəfləyən "Fənərbağça" heyətini gücləndirməyə davam edir

Fanat.Az xəbər verir ki, Türkiyə nəhəngi Marko Asensio və Martin Şkriniarın ardından PSJ-dən daha bir futbolçu almağı hədəfləyir.

Söhbət Kanq-in Liidən gedir.

Bu barədə məlumatı "Fotomaç" yayıb.

Xəbərdə bildirilir ki, türkiyəlilər yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir.Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, koreyalı futbolçu PSJ-ə 2023-cü ildə "Malyorka"dan 22 milyon avro qarşılığında transfer olunmuşdu.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər