"Fənərbağça"dan "İnter"ə sərt cavab

"Fənərbağça"dan "İnter"ə sərt cavab

Yeni mövsümdə çempionluq hədəfləyən "İnter" transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, İtaliya nəhəngi "Fənərbağça"nın gənc ulduzu Yusuf Akçiçek üçün 17 milyon avroluq rəsmi təklif göndərib.

"A Spor"un məlumatına görə, "sarı-lacivərdlilər" bu təklifi dərhal rədd edib. Klub rəhbərliyi açıq mesaj verib: “20 milyondan aşağı bu transfer baş tutmaz!”

Görünür, Yusuf Akçiçek üçün “qızıl dövr” başlayır – gənc futbolçu Avropanın böyük klublarının radarındadır.

Qeyd edək ki, 19 yaşlı müdafiəçi ötən mövsüm "Fənərbağça"nın heyətində 20 matçda 2 qol 1 məhsuldar ötürmə ilə fərqlənib.Onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilib.

Kamil Xudiyev

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər