"Əl-Hilal"dan İsaka fantastik təklif

"Əl-Hilal"dan İsaka fantastik təklif

"Əl-Hilal" Aleksandr İsak üçün fantastik təklif göndərib.

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu İngiltərə Premyer Liqasının təmsilçisi "Nyukasl Yunayted"in hücumçusu Aleksandr İsak üçün həftəlik 700 min avro dəyərində rəsmi təklif göndərib.

Bu barədə məlumatı "Guardian" yayıb.

Lakin "Nyukasl" rəhbərliyi 25 yaşlı futbolçunun komandadan ayrılmasına qarşı çıxır və onu saxlamaq niyyətindədir.

İsak isə şəxsi istəyi ilə klubdan ayrılmaq arzusundadır və karyerasında yeni səhifə açmaq istəyir.

Eyni zamanda, İngiltərə Premyer Liqasının digər nəhəngi "Liverpul" klubu da İsaka qarşı maraq göstərir. Futbolçunun gələcəyi ilə bağlı qərarın yaxın günlərdə məlum olması gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər