"Cəbrayıl" bir gündə 2 oyun keçirəcək

"Cəbrayıl" bir gündə 2 oyun keçirəcək

Yeni mövsümə hazırlaşan I Liqa klubu "Cəbrayıl" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Fanat.Az-ın məlumatına görə, Bəxtiyar Soltanovun baş məşqçisi bölgə təmsilçisi bir gündə 2 oyun keçirəcək. 

Sözügedən komanda sabah səhər "Baku Sportinq"lə, axşam isə "Səbail"lə üz-üzə gələcək.    İlk görüş saat 11:00-da Buzovna qəsəbə stadionunda baş tutacaq. "Dənizçilər"lə "ASCO Arena"da keçiriləcək ikinci sınaq matçı isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. "Cəbrayıl" ilk turda "Zaqatala"nın qonağı olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər