"Beşiktaş" gənc ulduza elçi düşdü

"Beşiktaş" gənc ulduza elçi düşdü

“Beşiktaş” heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi bu dəfə diqqətini gənc hücumçu Deniz Gülə yönəldib.

Məlumatı türkiyəli jurnalist Ertan Süzgün yayıb.

Türkiyə futbolunun gələcək vəd edən istedadlarından hesab olunan 21 yaşlı oyunçu, son mövsümdə "Portu"nun heyətində göstərdiyi performansla bir çox klubun marağına səbəb olub.

“Qara-qartallar” isə hücum xəttində alternativləri artırmaq məqsədilə futbolçuya elçi düşüb və onun transferi ilə bağlı ilkin təmasların başladığı bildirilib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər