"Benfika"da radikal dəyişiklik - 41 il idi ki, belə deyildi

"Benfika"da radikal dəyişiklik - 41 il idi ki, belə deyildi

Portuqaliya nəhəngi "Benfika" maraqlı fakt səbəbindən diqqət mərkəzinə düşüb.

Fanat.Az-ın məlumatına görə, sözügedən klub 41 il sonra ilk dəfə heyətində braziliyalı futbolçu olmadan yeni mövsümə start verəcək.

Braziliyalı oyunçular uzun illər "Benfika"nın sıralarında çoxluq təşkil ediblər və "qartallar"ın oyun üslubunun müəyyənləşdirilməsində mühüm rol oynayıblar.

Bu dəfə isə rəhbərlik Avropa futbolunda müxtəlifliyi artırmaq və digər bazarlardan gənc istedadlara yer vermək strategiyasını seçib.

Kamil Xudiyev

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər