"Barselona" 17 yaşlı vunderkindi ələ keçirməyə can atır - Qiyməti "dodaq uçuqladır"

"Barselona" 17 yaşlı vunderkindi ələ keçirməyə can atır - Qiyməti "dodaq uçuqladır"

"Barselona" Portuqaliyanın "Sportinq" klubunun gənc hücumçusu Covanni Kendanı transfer etməyə çalışır. 

Fanat.Az xəbər verir ki, məlumatı “TeamTalk” yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubunun rəhbərliyi artıq 17 yaşlı portuqaliyalının agenti ilə əlaqə saxlayıb. Hazırda tərəflər ortaq məxrəcə gəlməyə çalışırlar. 

Kendanı “Barselona”dan başqa, “Mançester Yunayted” də almaq istəyir. 

İstedadlı forvardın transfer dəyəri 30 milyon avro qiymətləndirilir. 

Xatırladaq ki, Covanni Kenda bu mövsüm “Sportinq”in heyətində Portuqaliya çempionatında 22 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər