"Atletik"in kapitanı karyerası ilə bağlı qərarını belə açıqladı - VİDEO

"Atletik"in kapitanı karyerası ilə bağlı qərarını belə açıqladı - VİDEO

"Atletik Bilbao"nun kapitanı Oskar de Markos cari mövsümün sonunda futbolçu karyerasını bitirəcək. 

Fanat.Az xəbər verir ki, o, qərarını klubun sosial şəbəkə hesabına canlı yayımda açıqlayıb. 

 

Müdafiəçi bu barədə fevralın 19-da məşqdən sonra komanda yoldaşlarına məlumat çatdırıb. Mövsümün sonunda o, kapitanlığı ən yaxşı komanda yoldaşlarından olan hücumçu İnaki Uilyamsa təhvil verəcək.

2009-cu ildə "Alaves"dən "Atletik"ə keçən 38 yaşlı Oskar de Markos 16 mövsümdür bu klubda çıxış edir. 

De Markos bu mövsüm 28 oyun keçirib, onlardan 17-də start heyətdə olub. Fevralın 16-da o, "Atletik"in heyətində 560-cı matçını keçirib. De Markos iki Superkubok və bir Kral Kuboku tituluna sahibdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər