"Arsenal" milli üzvünü qalmağa razı sala bilmədi

"Arsenal" milli üzvünü qalmağa razı sala bilmədi

Polşa millisinin müdafiəçisi Yakub Kiver bu yay "Arsenal"ı tərk edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrizio Romano yayıb.

Mənbənin məlumatına görə, Kiverin xidmətində bir sıra klublar maraqlıdır. London nəhəngi müdafiəçini saxlamaq istəyir və bu səbəbdən iyul ayında Portuqaliyadan bir təklifi rədd edib. Lakin polşalı müdafiəçi daha çox oyun praktikası əldə etmək istəyi ilə klubunu dəyişməyə qərar verib. 

Kiverin "Arsenal"la müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub, transfer dəyəri isə 28 milyon avrodur. 

25 yaşlı futbolçu ötən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 30 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər