London "Arsenal"ının qapıçısı Karl Heyne Almaniyada çıxış edəcək.
Fanat.Az xəbər verir ki, 23 yaşlı estoniyalı qolkiper "Verder"ə yollanıb.
Məlumatı Verder klubunun mətbuat xidməti yayıb. Sözügedən klub qapıçının icarəsi ilə bağlı ictimaiyyəti məlumatlandırıb. Onun icarə müqaviləsi bir mövsümlük - 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Hayne ötən mövsüm icarə əsasında İspaniya çempionatında oynayıb. O, "Valyadolid"in heyətində 32 matça çıxıb.
Mirağa