PSJ-nin qapıçısı İspaniya La Liqasının lideri ilə anlaşdı

PSJ-nin qapıçısı İspaniya La Liqasının lideri ilə anlaşdı

İspaniyalı qapıçı Arnau Tenas Fransanın PSJ klubundan ayrılaraq vətəninə yollanlb.

Fanat.Az xəbər verir ki, 24 yaşlı qolkiper "Vilyarreal" klubuna keçib. 

Məlumatı klubun mətbuat xidməti yayıb. Tenas La Liqa klubu ilə 2029-cu ilin ortalarına kimi müddətə müqavilə imzalayıb. Sövdələşmənin təxminən 2,5 milyon avro dəyərində olduğu bildirilir. 

Tenas son mövsümdə Paris nəhənginin heyətində cəmi iki matçda iştirak edib və bu oyunlarda üç qol buraxıb. 

“Vilyarreal” yeni İspaniya çempionatına uğurlu başlayıb. Komanda keçirdiyi iki oyunda rəqiblərinə qalib gəlib və zirvədə qərarlaşıb. "Sarı sualtı qayıq" 2 oyunda 7 qol vurub və qapısını toxunulmaz saxlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər