"Milan"ın hücumçusu Noa Okafor tezliklə İngiltərə Premyer Liqasında peyda ola bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabrizio Romano yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı isveçrəli futbolçu bu yay transfer pəncərəsində "Lids"ə keçəcək. Premyer Liqaya yeni dönən klub futbolçu üçün təxminən 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Okafor ötən mövsümün ikinci yarısını icarə əsasında "Napoli"də keçirib və İtaliya çempionatında cəmi 4 oyun keçirib və qol vurmayıb.
Onun Milan klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədərdir.
Mirağa