Poqba İngiltərəyə qayıdır - Gələcək baş məşqçisi ilə şəxsən danışdı

Poqba İngiltərəyə qayıdır - Gələcək baş məşqçisi ilə şəxsən danışdı

Fransalı yarımmüdafiəçi Pol Poqba karyerasını yenidən İngiltərədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Transfer News Live" yayıb. 

Mənbənin məlumatına görə, 31 yaşlı futbolçu sabiq klubu "Mançester Yunayted"in formasını geyməyə yaxındır.

Poqba artıq “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimlə şəxsi söhbət edib. Bildirilir ki, “Mançester Yunayted” Poqbaya 1 illik müqavilə təklif etməyə hazırlaşır. Klub çoxlu sayda bonus ödənişləri ilə fransalını aşağı maaşa razı salmaq istəyir. 

Qeyd edək ki, Pol Poqbanın dopinq diskvalifikasiyası martın 10-da rəsmən başa çatacaq. Təcrübəli yarımmüdafiəçi hazırda azad agentdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər