PFL İkinci Liqanın oyunlarını təxirə saldı

PFL İkinci Liqanın oyunlarını təxirə saldı

Peşəkar Futbol Liqası (PFL) İkinci Liqanın sabah və birigün gün keçirilməli olan oyunlarını təxirə salıb.

Fanat.Az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb:

“Paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq  Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək”.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər