Nigeriyalı ulduz hücumçu Viktor Osimhenin "Qalatasaray"a transferi futbol dünyasında böyük əks-səda doğurarkən, onun bu keçiddən öncə bir sıra Avropa və Asiya nəhənglərini rədd etdiyi ortaya çıxıb.
Fanat.Az xəbər verir ki, Osimhen "Çelsi", "Mançester Yunayted", "Barselona", "Yuventus" və "Əl-Hilal" kimi klublardan aldığı təklifləri geri çevirərək “sarı-qırmızılılar”ı seçib.
Bu barədə məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb.
Məlumata görə, Osimhen "Qalatasaray" rəhbərliyinin layihəsinə inanıb və xüsusilə də Çempionlar Liqasında əsas rol oynamaq istəyi bu qərarda həlledici olub.
Klubun texniki heyətinin və idarəçilərinin şəxsi olaraq apardığı danışıqlar, oyunçunun İstanbul təmsilçisinə "bəli" deməsində mühüm rol oynayıb.
Kamil Xudiyev