Osimhen "Mançester Siti"nin ulduzuna zəng etdi: “Qalatasaraya gəl”

Osimhen "Mançester Siti"nin ulduzuna zəng etdi: “Qalatasaraya gəl”

Nigeriyalı hücumçu Viktor Osimhen həm meydanda, həm də meydan xaricində diqqət çəkən addımları ilə gündəmdədir.

Fanat.Az xəbər verir ki, türkiyəli jurnalist Yakup Çınarın paylaşdığı məlumata görə, “Qalatasaray"ın forvardı telefonla “Mançester Siti”nin müdafiəçisi Manuel Akanjiyə zəng edərək, ona "Qalatasara"a transfer olunmasını məsləhət görüb.

Məlumata əsasən, bu maraqlı dialoq futbol ictimaiyyətində böyük rezonans yaradıb.

Osimhenin yaxın münasibətdə olduğu Akanjiyə belə bir çağırış etməsi, "Qalatasaray" tərəfdarlarının da diqqətini çəkib.

İsveçrə millisinin üzvü olan Akanjinin “sarı-qırmızılılar”a gəlişi hələlik reallıq qazanmasa da, bu xəbər artıq sosial mediada geniş müzakirələr doğurub.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər