Neymar Braziliyada ilk şikayətini dilə gətirdi

Neymar Braziliyada ilk şikayətini dilə gətirdi

"Santos"un ulduz hücumçusu Neymar Braziliya çempionatında "Korintians"la oyundan (1:2) sonra topların keyfiyyətindən narazılığını bildirib. 

Fanat.Az xəbər verir ki, "Record" onun dediklərini belə çatdırıb: “Klubları toplarla təchiz edən "Penalty" şirkətinə hörmətlə yanaşıram. Amma topları yaxşılaşdırmaq üzərində işləməlidirlər. “Flamenqo”nun çalışdırıcısı artıq bu haqda danışıb və mən onun fikrini dəstəkləyirəm. Bu pis topdur. Onu təkmilləşdirmək lazımdır. 

Neymar bu qış azad agent kimi Braziliya klubuna keçib. 33 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Hücumçunun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər