Alman futbolunun məşhur simalarından olan Tomas Müller "Vankuver" də qalacaq. Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb. Klub 37 yaşlı yarımmüdafiəçi ilə müqaviləni 2027-ci il MLS "Sprint" mövsümünün sonunadək uzadıb. Müller 2025-ci ilin avqustunda "Bayern Münhen"dən ayrılaraq "Vankuver"ə keçmişdi. Müller burada keçirdiyi 45 oyunda 19 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin 2026-cı ildə MLS-in Ulduzlar oyununda iştirak edib. Alman futbolçu müqaviləsinin uzadılması ilə bağlı açıqlamasında özünü fiziki cəhətdən yaxşı hiss etdiyini və hər həftə meydanda olmağın ona zövq verdiyini bildirib. Müller "Bayern Münhen”nin heyətində 2008-2025-ci illərdə çıxış edib və Münhen klubunda 13 dəfə Almaniya çempionluğu qazanıb. O, həmçinin Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub. Əlisahib İbrahimli
Müller karyerası ilə bağlı qərarını verdi
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Azərbaycan futbolu
14:08
19.11.2026
Montiel sıraya döndü - "Qarabağ"ın qarşıdakı matça neçə itki ilə çıxacağı açıqlandı
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:21
23.11.2026
"Sabah"ın bir futbolçusunun "Barsa"ya qarşı oynamayacağı dəqiqdir, ikisi isə...
Azərbaycan futbolu
16:43
23.11.2026
"Sabah"ın "Barselona"ya qalib gəlməsi möcüzə olar" - Samir Əliyev
Azərbaycan futbolu
16:23
23.11.2026
"Barselona"nı Bakıda neçə fanatın dəstəkləyəcəyi bəlli oldu
Azərbaycan futbolu
16:04
23.11.2026
2-ci Liqa: "Şəmkir" sonda sevindi, "Marafon"dan darmadağın