MPL: Açılış oyunu Əliyar Ağayevə tapşırıldı - TƏYİNATLAR

MPL: Açılış oyunu Əliyar Ağayevə tapşırıldı - TƏYİNATLAR

Misli Premyer Liqasında mövsümün ilk turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, “Karvan-Yevlax” və “Qəbələ” arasında keçiriləcək açılış matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.

Misli Premyer Liqası 1-ci dövrə, 1-ci tur 15 avqust (cümə)

17:00. “Karvan-Yevlax” – “Qəbələ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev. VAR: Rəşad Əhmədov. AVAR: Kamran Bayramov. Şamaxı şəhər stadionu

16 avqust (şənbə)

17:00. “İmişli” – “Turan Tovuz” Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov. VAR: Tural Qurbanov. AVAR: Eyyub İbrahimov. Şamaxı şəhər stadionu

20:00. “Neftçi” – “Şamaxı” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov. VAR: İnqilab Məmmədov. AVAR: Şirmamed Mamedov. “Neftçi Arena”

17 avqust (bazar)

20:30. “Sumqayıt” – “Kəpəz” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli. VAR: Rauf Cabarov. AVAR: Rahil Ramazanov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov. VAR: Nicat İsmayıllı. AVAR: Asiman Əzizli. Zirə İdman Kompleksinin stadionu  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər