Mourinyudan qalmaqallı açıqlama - "Fənərbağça" Avropa Liqası komandasıdır"

Mourinyudan qalmaqallı açıqlama - "Fənərbağça" Avropa Liqası komandasıdır"

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyu, Avropa səhnəsində komandasının perspektivləri ilə bağlı səmimi və birmənalı açıqlama verib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis “ElDesmarque” nəşrinə danışıb.

“Gerçəkçi olmalıyıq. Çempionlar Liqasına getsək, bu maliyyə baxımından əla olar. Amma idman baxımından "Fənərbağça" bir Avropa Liqası komandasıdır.”

Portuqaliyalı çalışdırıcı bununla komandasının hazırkı heyətinin Çempionlar Liqasında uğur üçün yetərli olmadığını, lakin Avropa Liqası səviyyəsində mübarizə apara biləcək gücdə olduğunu vurğulayıb.

Mourinyo əlavə edib ki, Çempionlar Liqası və Avropa Liqası tamamilə fərqli səviyyələrdir:

“Bu, iki fərqli dünyadır. Biz hədəflərimizi real tutmalıyıq. "Fənərbağça"nın bu gün üçün ən uyğun səviyyəsi Avropa Liqasıdır.”

Qeyd edək ki, Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olan bu açıqlama, azarkeşlər arasında birmənalı qarşılanmayıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər