Millimizin üzvü Türkiyə klubundan ayrıldı

Millimizin üzvü Türkiyə klubundan ayrıldı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubundan ayrılıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Sports Digitale" məlumat yayıb.

Xəbərə görə, birinci liqa klubu 25 yaşlı futbolçu ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan sözləşməni qarşılıqlı razılıq əsasında ləğv edib. 

Paytaxt təmsilçisinin rəhbərliyi yanvarın sonunda əsas komandadan uzaqlaşdırılan hücumçuya azad agent statusu verib.

Qeyd edək ki, Renat Dadaşov Türkiyə birinci liqasında “Ankaragücü”nün heyətində 15 oyuna çıxaraq 2 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər