Messi "Sportinq"lə oyuna çıxmaqdan imtina etdi - SƏBƏB

Messi "Sportinq"lə oyuna çıxmaqdan imtina etdi - SƏBƏB

"İnter Mayami" fevralın 18-dən 19-na keçən gecə "Sportinq"lə mövsümün ilk oyununa çıxacaq. 

Fanat.Az xəbər verir ki, floridalıların ulduz futbolçusu Lionel Messi səfərdə baş tutacaq oyuna çıxmaq istəmir. 

Məlumatı "MiaTotalFootball" yayıb. Səbəb həddindən artıq aşağı temperaturdur. Messi şiddətli şaxtaya görə risk etməkdən qorxur. Argentinalı ulduz klub rəhbərliyindən onu səfərə aparmamağı xahiş edib. Kanzasda havanın temperaturunun -12 dərəcə olacağı gözlənilir və külək nəzərə alınmaqla şaxta ikiqat hiss oluna bilər .

Messinin xahişindən sonra klub matçın vaxtının dəyişdirilməsi ilə bağlı KONKAKAF-a müraciət edib. Ancaq MLS mövsümünün başlamasına bir neçə gün qalmış belə bir dəyişikliyin edilməsi mümkün olmayıb.

"İnter Mayami" həftəsonu, şənbə günü MLS-in ilk turunda öz meydanında "Nyu-York"u qəbul edəcək.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər