Messi Liqa Kubokunda komandasına qələbə qazandırdı

Messi Liqa Kubokunda komandasına qələbə qazandırdı

"İnter Mayami" Şimali Amerika Liqa Kubokunun ilk mərhələsində "Atlas"la qarşılaşıb.

Fanat.Az xəbər verir ki, ulduz futbolçuların yer aldığı Amerika təmsilçisi meksikalıları 2:1 hesabı ilə məğlub edib. 

Meydan sahiblərinin hücumçusu Lionel Messi 2 məhsuldar ötürmə edib. O, 58-ci dəqiqədə Telasko Seqoviyaya, 90+6-cı dəqiqədə isə Marselo Veyqandta kömək edib.

38 yaşlı Messi bu il klubunda keçirdiyi 30 oyunda 24 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Şimali Amerika Liqa Kuboku  Ümumi mərhələ, 1-ci tur

İnter Mayami (ABŞ) – Atlas (Meksika) 2:1 Qollar: Seqoviya, 58; Veygandt, 90+6 - 1:1 – Lozano, 80.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər