Madrid nəhəngi ulduzunu satacaq? - Cəlbedici təklif

Madrid nəhəngi ulduzunu satacaq? - Cəlbedici təklif

"Atletiko Madrid"in hücumçusu Xulian Alvares klubunu dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb. 

Mənbənin məlumatına görə, Argentina millisinin üzvü "Barselona"ya keçə bilər. Kataloniya klubunun rəhbərliyi ulduz hücumçunu almaq istəyir. Onlar inanırlar ki, Alvares "Barselona"nın hazırkı hücum modeli üçün ideal variantdır. 

"Barselona"nın argentinalı üçün 60 milyon avro təklif hazırladığı, Ferran Torresi müqaviləyə daxil etmək istədiyi bildirilir. “Atletiko” Alvaresi buraxmağa həvəsli olmasa da, sərfəli təklif və Torresi almaq istəyi madridlilərin qərarına təsir edə bilər. 

25 yaşlı Alvares bu mövsüm bütün turnirlərdə 39 matçda 20 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər