Levandovski bu 3 matçı buraxacaq -SƏBƏB

Levandovski bu 3 matçı buraxacaq -SƏBƏB

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski zədə səbəbindən La Liqada mövsümün əvvəlində "Mayorka", "Levante" və "Rayo Valyekano" ilə keçiriləcək oyunlarda iştirak edə bilməyəcək.

Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçunun sağalması bir neçə həftə vaxt tələb edir və bu səbəbdən o, yalnız sentyabr ayında, beynəlxalq fasilədən sonra komandaya qoşula biləcək.

Bu barədə məlumatı nüfuzlu "AS" nəşri yayıb.

Daha əvvəl isə onun sol budun arxa hissəsində yaranan narahatlıq səbəbindən "Joan Gamper" kubokunda "Komo" ilə oyunda iştirak etməyəcəyi bildirilirdi.

Qeyd edək ki, "Barselona" 2025/2026 mövsümünün La Liqa açılış matçında "Mayorka"nın qonağı olacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər