“Xankəndi” ilə çempion olan funksioner yüksək vəzifəyə təyin edildi

“Xankəndi” ilə çempion olan funksioner yüksək vəzifəyə təyin edildi

Ötən mövsüm Region Liqasında “Xankəndi” klubunun çempionluğunda mühüm rol oynamış Vasif İsmayılov yeni vəzifəyə təyin olunub. 

Bu barədə Fanat.Az-a klubun mətbuat sözçüsü Rauf İskəndərov məlumat verib. 

İsmayılov Bərdə Rayon Mərkəzi Xəstəxanasında direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. İcraçı idarəçilik sahəsində təcrübəli olan İsmayılov daha əvvəl Ağdam və Füzuli rayon xəstəxanalarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.

“Xankəndi” ilə çempion olan funksioner yüksək vəzifəyə təyin edildi Qeyd edək ki, ötən mövsüm "Xankəndi"də icraçı direktor postunu tutan Vasif İsmayılov həm səhiyyə, həm də idman sahəsindəki fəaliyyəti ilə tanınır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər