ÇL: "Real" "Mançester Siti"ni, PSV "Yuventus"u 1/8 finala buraxmadı

ÇL: "Real" "Mançester Siti"ni, PSV "Yuventus"u 1/8 finala buraxmadı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bununla da bütün 1/8 finalçılar bəlli olublar.

Dortmund "Borussiya"sı ilk oyunda yendiyi "Sportinq"i bu dəfə məğlub edə bilməsə də, mərhələ adlayıb.

PSJ birinci dueldə 3:0 hesabı ilə üstələdiyi "Brest"ə ikinci matçda 7 cavabsız qolla divan tutub və 1/8 finala yüksəlib.

İngiltərədəki görüşdə 3:2 hesablı qələbə qazanan "Real" "Mançester Siti"ni İspaniyada da məğlubiyyətə uğradıb.

Taleyi əlavə vaxtda müəyyənləşən PSV – "Yuventus" matçında isə Niderland təmsilçisi istəyinə çatıb.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 19 fevral

“Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya) 0:0 İlk oyun – 3:0

PSJ (Fransa) – “Brest” (Fransa) 7:0 Qollar: Barkola, 20. Kvaratsxeliya, 39. Vitinya, 59. Due, 64. N.Mendes, 69. Q.Ramos, 76. Mayulu, 86. İlk oyun – 3:0

“Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:1 Qollar: Mbappe, 4; 33; 61 – Niko, 90+2. İlk oyun – 3:2

PSV (Niderland) – “Yuventus” (İtaliya) 3:1 Qollar: Perişiç, 53. Saibari, 74. Flaminqo, 98 – Vea, 63. İlk oyun – 1:2

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər