UEFA Çempionlar Liqasında dünən keçirilən üç oyunla start götürülən pley-off mərhələsinin ilk görüşlərinə bu gün yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 matç baş tutub.
"Bazel" "Kopenhagen"i, "Budyo Qlimt" "Şturm"u, "Seltik" "Kayrat"ı sınağa çəkib.
Nəhayət, qardaş Türkiyə təmsilçisi "Fənərbağça" Portuqaliya nəhəngi "Benfika" ilə doğma meydanda qolsuz heç-heçəyə razılaşıb.
Günün bütün qarşılaşmaları eyni vaxtda - 23:00-da başlayıb.
Qeyd edək ki, pley-off mərhələsinin cavab görüşləri isə 26-27 avqustda keçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçılarının yekun siyahısı formalaşacaq.
UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 20 avqust
"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka) 1:1 "Budyo Qlimt" (Norveç) - "Şturm" (Avstriya) 5:0 "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) 0:0 "Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya) 0:0