Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, mərhələnin qalibləri iki gün ərzində müəyyənləşəcək.
Bu gün 5 cütün güclüsü bilinəcək ki, ilk oyun Qazaxıstanda "Kayrat"la "KuPS" (Finlandiya) arasında baş tutacaq. Komandalar arasında ilk oyunda skandinaviyalılar qalib gəliblər - 2:0.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin daha on oyunu iyulun 30-da keçiriləcək. "Qarabağ" ötən həftə İrlandiyada 3:0 hesabı ilə məğlub etdiyi “Şelburn”u sabah qəbul edəcək.
UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi, cavab oyunları 29 iyul
19.00. Kayrat (Qazaxıstan) - KuPS (Finlandiya) İlk oyun - 0:2.
22.00. Drita (Kosovo) – Kopenhagen (Danimarka) İlk oyun - 0:2.
22.00. Dinamo (Kiyev, Ukrayna) - Hamrun (Malta) İlk oyun - 3:0.
23.00. Srvena Zvezda (Serbiya) - Linkoln (Cəbəllütariq) İlk oyun - 1:0.
23.00. Zrinski (Bosniya) – Slovan (Slovakiya) İlk oyun - 0:4.