ÇL: 1/8 finalın püşkü atılır

ÇL: 1/8 finalın püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. 

Fanat.Az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Yarışın yeni formatına uyğun olaraq, komandaların potensial rəqibləri əvvəlcədən bəlli olur. Belə ki, hər komandanın qarşılaşması mümkün olan minimum iki komanda var – məhz onlardan biri rəqib kimi düşəcək.

1/8 finalın oyunları 4-5 və 11-12 martda olacaq.

PSJ-nin mümkün rəqibləri: “Liverpul”, “Barselona” “Benfika”nın mümkün rəqibləri: “Liverpul”, “Barselona” “Liverpul”un mümkün rəqibləri: PSJ, “Benfika” “Barselona”nın mümkün rəqibləri: PSJ, “Benfika” “Brügge”nin mümkün rəqibləri: “Lill”, “Aston Villa” “Borussiya”nın mümkün rəqibləri: “Lill”, “Aston Villa” “Lill”in mümkün rəqibləri: “Brügge”, “Borussiya Dortmund" “Aston Villa”nın mümkün rəqibləri: “Brügge”, “Borussiya Dortmund" “Real Madrid”ın mümkün rəqibləri: “Atletiko Madrid”, “Bayer Leverkuzen” “Bayern Münhen”in mümkün rəqibləri: “Atletiko Madrid”, “Bayer Leverkuzen” “Bayer Leverkuzen”in mümkün rəqibləri: “Real Madrid”, “Bayern Münhen” “Atletiko Madrid”in mümkün rəqibləri: “Real Madrid”, “Bayern Münhen” PSV-nin mümkün rəqibləri: “Arsenal”, “İnter” “Feyenoord”un mümkün rəqibləri: “Arsenal”, “İnter” “Arsenal”ın mümkün rəqibləri: PSV, “Feyenoord” “İnter”in mümkün rəqibləri: PSV, "Feyenoord”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər