UEFA Çempionlar Liqasında mövsümün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 1/8 mərhələlərinin cütləri müəyyənləşib.
8 cütdən 2-də eyni ölkə təmsilçiləri qarşılaşacaq. Belə ki, “Real” “Atletiko”ya, “Bayern” “Bayer”ə rəqib olub.
1/8 finala martın 4-də start veriləcək.
Çempionlar Liqası 1/8 final (4-5 və 11-12 mart)
PSJ (Fransa) – Liverpul (İngiltərə) Brügge (Belçika) – Aston Villa (İngiltərə) Real Madrid (İspaniya) – Atletiko Madrid (İspaniya) PSV (Niderland) – Arsenal (İngiltərə) Benfika (Portuqaliya) – Barselona (İspaniya) Borussiya Dortmund (Almaniya) – Lill (Fransa) Bayern Münhen (Almaniya) – Bayer Leverkuzen (Almaniya) Feyenoord (Niderland) – İnter (İtaliya)