Konte "Napoli"dən ayrıla bilər - 10 il əvvəl ayrıldığı kluba qayıdacaq?

Konte "Napoli"dən ayrıla bilər - 10 il əvvəl ayrıldığı kluba qayıdacaq?

"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliyada klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb. 

Mənbənin məlumatına görə, o, "Yuventus"un "radar"ına düşüb. “Qoca sinyora”nın hazırkı çalışdırıcısı Tyaqo Mottanın gələcəyi suallar doğurur. Onun rəhbərlik etdiyi komanda Çempionlar Liqasını və İtaliya Kubokunu tərk edib, A Seriyasında isə dördüncü pilləni tutur. 

"Yuventus" rəhbərliyində təmsil olunan bəzi funksionerlərin artıq Kontenin geri qayıtması ideyasını irəli sürüblər. 

Məşqçinin "Napoli" ilə 2027-ci ilə qədər müddətə müqaviləsi var. Lakin iddiaya görə, bu yay heyətin gücləndirilməsinə zəmanət verilməsə, o, Neapol təmsilçisindən ayrıla bilər. 

Xatırladaq ki, Antonio Konte 2011-2014-cü illərdə Turin klubunda çalışıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər