Konfrans Liqasının finalçıları müəyyənləşdi

Konfrans Liqasının finalçıları müəyyənləşdi

Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, raundun cavab oyunlarından sonra finalçılar bəlli olub.

“Kristal Pelas” İngiltərədə Ukraynanın “Şaxtyor” komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada “Strasburq” Fransada İspaniya təmsilçisi “Rayo Valyekano” ilə münasibətlərə aydınlıq gətirib. Fransızlar ilk oyundakı kimi minimal hesabla məğlub olublar.

Beləliklə, “Kristal Pelas” və “Rayo Valyekano” finala vəziqə qazanıb.

Final matçı mayın 27-də Leypsiq şəhərində təşkil olunacaq.

Konfrans Liqası Yarımfinal, cavab oyunları 7 may

Strasburq (Fransa) – Rayo Valyekano (İspaniya) 0:1 Qollar: Alemao, 42. İlk oyun 0:1.

Kristal Pelas (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna) 2:1 Qollar: Pedrinyo, 25-öz qapısına. İsmaila Sarr, 52 – Equinaldo, 34. İlk oyun 3:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər