KL: "Sparta" pley-offu məğlubiyyətlə adladı

KL: "Sparta" pley-offu məğlubiyyətlə adladı

UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri start götürüb.

Fanat.Az xəbər verir ki, mərhələnin ilk qalibi bu gün bəlli olub. 

Latviyada baş tutan ilk pley-off matçında "Riqa" Çexiya "Sparta"sını minimal hesabla məğlub edib. Bununla belə, tərəflər arasında ötən həftə baş tutan ilk görüş praqalıların 2:0 hesablı qələbəsi ilə başa çatdığı üçün mərhələni adlayan tərəf məhz "Sparta" olub.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin qalan görüşləri sabah keçiriləcək.

UEFA Konfrans Liqası Pley-off mərhələsi, cavab oyunu 27 avqust

"Riqa" (Latviya) – "Sparta" (Çexiya) 1:0 İlk oyun - 0:2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər