KL: "Betis" cavab matçını formallığa çevirdi

KL: "Betis" cavab matçını formallığa çevirdi

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bütün görüşlər eyni gündə reallaşıb.

Günün maraqlı görüşlərindən biri Belçikada baş tutub. La Liqa təmsilçisi "Betis" "Gent"i darmadağın edib.

“Kopenhagen”in qonağı olan “Haydenhaym” da evə qələbə ilə qayıdıb.

"Vikinqur" isə İslandiyada "Panatinaikos"u üstələyib.

Qeyd edək ki, UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.

UEFA Konfrans Liqası Pley-off mərhələsi, ilk oyunlar 13 fevral

“Baçka Topola” (Serbiya) – “Yagelloniya” (Polşa) 1:3 Qollar: Mbunqu, 28  İmaz, 31; 89. Pululu, 81.

“Çelye” (Sloveniya) – APOEL (Kipr) 2:2 Qollar: Kuçis, 2; 59 – Abaqna, 32. Laifis, 70.

“Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan) 2:1 Qollar: Atlason, 13. Vilyalmsson, 56 – İoannidis, 90+1-pen.

“Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya) 0:1 Qol: Nunan, 57.

“Gent” (Belçika) – “Betis” (İspaniya) 0:3 Qol: Antoni, 47. Bakambu, 72. Altimira, 84.

“Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya) 1:0 Qol: Oqrineç, 90+1.

“Omoniya” (Kipr) – “Pafos” (Kipr) 1:1 Qollar: Semedo, 51-pen – Orşiç, 84.

“Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya) 1:2 Qollar: Larsson, 45+1 – Keller, 59. Siersleben, 85.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər