UEFA Konfrans Liqasında pley-off mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, mərhələ çərçivəsində bu gün 24 görüş keçiriləcək.
Norveçdə baş tutan ilk pley-off matçında "Rusenborq" ilə Almaniyanın "Maynts" klubu üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" "Servet" ilə 1:1 hesablı sülhə razılaşıb, Türkiyə klublarından "Başakşəhər" evdə "Universitatya Krayova"ya məğlub olub, "Beşiktaş" isə səfərdə "Lozanna" (İsveçrə) ilə heç-heçə edib.
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də baş tutacaq.
UEFA Konfrans Liqası Pley-off mərhələsi, ilk oyunlar 21 avqust
Rusenborq (Norveç) – Maynts (Almaniya) 2:1 Dyör (Macarıstan) – Rapid (Avstriya) 2:1 Haken (İsveç) – ÇFR Kluj (Rumıniya) 7:2 Hamrun Spartans (Malta) – RFŞ (Latviya) 1:0 Volfsberq (Avstriya) – Omoniya (Kipr) 2:1 Başakşəhər (Türkiyə) – Universitatya Krayova (Rumıniya) 1:2 Anderlext (Belçika – AEK (Yunanıstan) 1:1 Breydablik (İslandiya) – Virtus (San Marino) 2:1 Sele (Sloveniya) – Banik (Çexiya) 1:0 Drita (Kosovo) – Differdanj (Lüksemburq) 2:1 Levski (Bolqarıstan) – Alkmaar (Niderland) 0:2 Neman (Belarus) – Rayo Valyekano (İspaniya) 0:1 Olimpiya (Sloveniya) – Noa (Ermənistan) 1:4 Polesye (Ukrayna) – Fiorentina (İtaliya) 0:3 Şaxtyor Donetsk (Ukrayna) – Servet (İsveçrə) 1:1 Sparta (Çexiya) – Riqa (Latviya) 2:0 Strasburq (Fransa) – Bröndbü (Danimarka) 0:0 Yagelloniya (Polşa) – Dinamo Tirana (Albaniya) 3:0 Lozanna (İsveçrə) – Beşiktaş (Türkiyə) 1:1 Şelburn (İrlandiya) – Linfild (Şimali İrlandiya) 3:1 Kristal Pelas (İngiltərə) - Fredrikstad (Norveç) 1:0 Hibernian (Şotlandiya) – Legiya (Polşa) 1:2 Rakuv (Polşa) – Arda (Bolqarıstan) 1:0 Santa-Klara (Portuqaliya) – Şemrok Rovers (İrlandiya) 1:2