UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində cavab oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, üç günə yekunlaşacaq mərhələnin 3 qalibi artıq bəllidir.
İlk oyunda 0:1 hesabı ilə uduzan Gürcüstan "İberiya"sı evdə 2 qol vursa da, mərhələni adlayan tərəf Estoniyanın “Levadiya” kollektivi olub. “Differdanj” TNS-i ikinci oyunda da məğlub edib. “Olimpiya” Andorra səfərində heç-heçə ilə kifayətlənsə də, ötən həftə Sloveniyada qazandığı inamlı qələbə sayəsində növbəti mərhələyə adlayıb.
Qalan oyunlar iyulun 31-də keçiriləcək.
UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsi, cavab oyunları 29 iyul
İberiya (Gürcüstan) – Levadiya (Estoniya) 2:2 İlk oyun – 0:1.
Differdanj (Lüksemburq) – TNS (Uels) 1:0 İlk oyun – 1:0.
İnter Eskaldes (Andorra) – Olimpiya (Sloveniya) 1:1 İlk oyun – 2:4.